İRNA-nın şənbə günü Əl-Məyadin kanalına istinadən verdiyi məlumata görə, Yəmən Nümayəndələr Palatasının bəyanatında deyilir: Biz Amerika koalisiyasının Qırmızı dənizdəki hadisələrin həqiqəti ilə ziddiyyət təşkil edən bəyanatındakı yanlışlıq və saxtakarlıqları rədd edirik.
Yəmən parlamenti əlavə edib: Biz ikili standartlar siyasətinin davam etdirilməsini və sionist rejimin maraqlarına uyğun beynəlxalq və humanitar qanunların seçmə şəkildə həyata keçirilməsini pisləyirik.
Bu bəyanatda vurğulanır: Yəmən təcavüzün sonuna qədər işğal olunmuş Fələstinin limanlarına gedən gəmilər istisna olmaqla, bölgədə gəmiçilik təhlükəsizliyini dəstəkləyir. Biz bir daha Yəmənin və onun silahlı qüvvələrinin bu ölkənin suverenliyini qorumaq və Fələstin xalqının müdafiəsində öz vəzifələrini yerinə yetirmək hüququnu vurğulayırıq.
Yəmən nümayəndələri öz bəyanatlarında daha sonra vurğulayıblar: Biz Amerika koalisiyasına üzv dövlətlərin Fələstin xalqına qarşı irqi təmizləmə cinayətlərinə və Qırmızı dənizin hərbiləşdirilməsinə görə məsuliyyət daşıdığını düşünürük.
Sizin rəyiniz